Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin "Təhsil bölməsi" yeni başlayan 2023-24 təhsil və tədris ilində Quran elmləri doktoru Cənab Höccətül-İslam vəl-Müslimin Seyid Azər Əhmədoğlunun tədrisi ilə "Çətin anlaşılan Quran ayələrinin təfsiri" dərsini planlaşdırmışdır. 

Allahın adı ilə

لَّا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ ۖ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ (فصلت ۴۲)

Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (kimsə onun bir sözünü, bir hərfini belə dəyişə bilməz).
O, hikmət sahibi, (bütün işləri bəyənilən) tərifə layiq olan (Allah) tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, ayə: 42)

Hörmətli tələbələr və dəyərli izləyicilər, salam.

Qurani Kərimlə tanışlığı olan hər kəsə bəllidir ki, Müqəddəs Kitabda hər kəs üçün anlayışı asan olmayan ayələr mövcuddur. Bu ayələr mütəxəssis alimlərin vasitəsilə təfsir və izah edilməzsə ədəbi və elmi çətinliklərlə yanaşı insanların etiqadında ciddi müşküllərə yol aça bilər. Elə bu və digər oxşar səbəblərə görə bu ayələrə "əl-Ayat-ul-muşkilə" (الآیات المشکلة) "çətin ayələr" (yaxud: çətin anlaşılan ayələr) deyilir.

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin "Təhsil bölməsi" yeni başlayan 2023-24 təhsil və tədris ilində Quran elmləri doktoru Cənab Höccətül-İslam vəl-Müslimin Seyid Azər Əhmədoğlunun tədrisi ilə "Çətin anlaşılan Quran ayələrinin təfsiri" dərsini planlaşdırmışdır. 

"Çətin anlaşılan Quran ayələrinin təfsiri" dərsi, öncədən mərkəzimizdə və ya digər elm ocaqlarında keçirilən ərəb dili qrammatikası, Qurani Kərimin tərcüməsi, təfsiri və Quran elmləri dərslərində iştirak etmiş tərcümə və təfsirdən anlayışı olan tələbələrə tövsiyə edilir. 

DİQQƏT-DİQQƏT!

2023-cü il sentyabr ayının 20-dən etibarən «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsində yeni təhsil ilinin birinci yarısı başlayacaq. Bazar ertəsi, 25 sentyabr 2023, saat 21:00 - 22:30 (Bakı vaxtı ilə) ustad Seyid Azər Əhmədoğlunun (hətfədə bir dəfə olmaqla) təfsir dərsinə start veriləcək.

Mərkəzin bu və digər maarif dərslərində iştirak etmək istəyən bəylər və xanımlar ad, soyadı və doğum tarixi səviyyəsində qeydiyyatdan keçməlidirlər.

Bəylər üçün teleqramda: 0098 990 237 0737

Xanımlar üçün teleqramda: 0098 990 237 0738


Hörmətlə:

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti

15 avqust 2023

ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri