Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsində 2019-2020 təhsil ili üçün İslam maarifi kurslarına qeydiyyat başlayıb. İslam dininin təlimləri ilə tanış olmaq və öyrənmək üçün hər kəsin iştirak edə biləcəyi dərslər virtual olaraq (internet vasitəsilə) keçirilir.

Hikmət və elm sahibi uca Allahın adı ilə.

قال علی بن ابیطالب علیهما السلام: اَلْعِلْمُ اَصْلُ كُلِّ خَيْرٍ، اَلْجَهْلُ اَصْلُ كُلِّ شَرٍّ

İmam Əli ələyhissəlam buyurub: Elm bütün xeyrin, cəhalət isə bütün şərrin köküdür.

Dəyərli elmsevərlər, salam.

Qədir Xum bayramı münasibətilə tək-təkinizi təbrik edir və hər birinizə xoşbəxt həyat və xoş gələcək arzulayırıq!

«Əl-Məhdi (əc)» İslam Maarif Mədrəsə və Mərkəzinin xadim və müəllimləri artıq bir neçə gündür ənənəyə sadiq yeni 2019-2020 təhsil ili üçün hazırlıq işlərinə başlamışlar. Müxtəlif mövzularda dərslərin keçirilməsi nəzərdə tutulur. Mövzular müxtəlif olduqca müəllimlər də sayca çox ola bilərlər. Mərkəzdə internet vasitəsilə keçirilən İslam maarifinə aid dərslərdə hər kəsin iştirakı azad və pulsuzdur.

Diqqətinizə çatdırırıq təhsil proqramını tənzimləmək məqsədilə mərkəzdə təhsil almaq istəyənlər ilk öncə qeydiyyata alınmalıdırlar. Qeydiyyatdan keçərkən özünüz barədə təqdim etdiyiniz məlumatlar yalnız müraciət edənlərin həqiqiliyini, xoş niyyətliliyini, elmi səviyyəsi və cinsiyyətini müəyyənlişdirmək üçün istifadə edilir, onların əsasında bölgü aparılır, dərs cədvəli hazırlanır və müəllimlər dəvət olunur.

Çox təəssüflər olsun ki, xanım müəllimələrin çatışmamazlığı ucbatından məcbur oluruq boşluqları kişi müəllimlərin tədrisi ilə dolduraq. Ona görə təkid edirik, cavan qızlar dərslərə qoşulmaq üçün valideynlərindən, cavan gəlinlər isə həyat yoldaşlarından icazə alsınar.  Valideyn və ya ərin razılığı olmadan dərslərə qoşulma halları tərəfimizdən aşkarlanarsa, həmin şəxslər mərkəzin təhsil sistemindən uzaqlaşdırılacaqlar. Ailələrin qorunub, möhkəmlənməsi və övladların valideyn qarşısında itaətkarlığı mərkəz üçün ən ali məqsədlərdən biridir.

Fürsətdən istifadə edib əziz oxucular, hörmətli müəllimlər və dəyərli tələbələrin diqqətini bir neçə vacib məqama yönəldirik:

  • Mərkəzin adından - loqosundan sui-istifadə etmək istəyənlər tapılıb qeyri qanuni çağırışlar və paylaşımlar edə bilərlər. Bilirsiniz ki, internet məkanında hər hansı bir şirkət ya idarənin rəsmi nişan və ya loqosunu əldə etmək heç də çətin iş deyil. O cümlədən bizim mərkəzin də loqosunu əldə etmək pis niyyətli adamlar üçün asan bir işdir. Mərkəzin rəsmi və tanınmış telefon nömrələri var: 00 98 990 237 07 37 - 00 98 990 237 07 38, həm Telegram, həm də WhatsApp vasitəsilə əlaqə saxlayıb, hər hansı məlumatı dəqiqləşdirə bilərsiniz. Lütfən başqa nömrələrlə əlaqə saxlayarkən diqqətli olun.
  • Mərkəz, möminlərin ehsanı və xeyirxah insanların maddi dəstəyilə idarə olunur. Mərkəzin sabit büdcəsi və gəlir mənbəyi yoxdur. İxtiyarımızda qoyulan borcla ofis məqsədilə bina icarəyə götürülmüşdü və verilən ehsanlarla tədris üçün müəllimlərin aylıq interneti alınır və kommunal ödənişlər edilirdi. Məlum iqtisadi durum və bahalaşma ilə əlaqədar binanı saxlamaq daha mümkün olmadı. Müəyyən borcları ödəmək və binanı zamanında geri qaytarmaq üçün avadanlığı satmaq məcburiyyətində qaldıq. Hal hazırda mərkəzin fiziki ünvanı yoxdur və fəaliyyətimiz iki il öncə olduğu kimi yalnız internet üzərində davam edəcəkdir.

Bütün çətinliklərlə yanaşı tutduğumuz yolda addımlamağı özümüzə şərəf bilirik və Allahın sonsuz mərhəməti və lütfü sayəsində son nəfəsə qədər xalqımız və dinimiz qarşısında olan borcumuzu və vəzifəmizi yerinə yetirməyə çalışacağıq.

Heç bir maddi təmənnası olmadan, tam ixlasla, Allahın dininə və Peyğəmbər (s) ümmətinə xidmətə can atan, bütün vücudu və imkanları ilə xidmət edən ruhani, alim, eyni zamanda təvazökar qardaş və bacılara - əziz müəllimlərə təşəkkür edirik.

«Əl-Məhdi (əc)» elm və mənəviyyat ocağı - İslam Maarifi mərkəzidir. İnşaAllah Hz. Məhdi (əc) bəyənən olsun! Dualarınızda kiçik xadimlərinizi unutmayın, lütfən!

Əlavə məlumat üçün telefon nömrəmiz: 00989902370737 

Qeydiyyat sentyabr ayının 10-na qədər davam edəcək.


Həmd olsun Allaha, bizi Mövla Əli ələyhissəlamın vilayətini qəbul edənlərdən qərar verdi.

Hörmət və ədəblə:
«Əl-Məhdi (əc)» İslam Maarif Mədrəsə və Mərkəzinin müdiriyyəti
18.08.2019

ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri