«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin nəzdində təsis edilmiş və cəmiyyətimizin mənəvi gələcəyinə xidmət edən «Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzi azyaşlılar üçün yeni təhsil ilində İSLAM MAARİFİ kursunun təşkilini nəzərdə tutmuşdur.
Mehriban Allahın adı ilə.
İSLAM MAARİFİ KURSUNA QIZLAR və OĞLANLARIN QEYDİYYATI BAŞLADI
Hörmətli atalar - əziz analar, salam.
«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin nəzdində təsis edilmiş və cəmiyyətimizin mənəvi gələcəyinə xidmət edən «Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzi azyaşlılar üçün yeni təhsil ilində İSLAM MAARİFİ kursunun təşkilini nəzərdə tutmuşdur.
7, 8, 9, 10 və 11 yaşlı övladlarının dini və milli mentalitetimizə uyğun tərbiyə və təlim almasında köməyimizdən yararlanmaq istəyən valideynlər, WhatsApp və ya Telegram vasitəsilə göstərilən nömrə ilə əlaqə saxlayaraq əlavə məlumat əldə etməklə yanaşı qeydiyyata düşə bilərlər. QEYDİYYAT AVQUST AYININ SONUNADƏK DAVAM EDƏCƏK!
+ 994 51 589 81 82
04 Avqust 2017 – Kəramət və elm mənbəyi İmam Riza (ə) həzrətlərinin doğum gününə təsadüf edir. Mövlud bayramı münasibətilə bütün mömin qardaş və bacılarımızı təbrik edirik.
Hörmətlə: “Asiman” UTTM müdiriyyəti [02.08.2017]