Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Mərhəmət sahibi Mehriban Allahın adı ilə.

الَّذینَ ینْفِقُونَ أَمْوالَهُمْ بِاللَّیلِ وَ النَّهارِ سِرًّا وَ عَلانِیةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَ لا خَوْفٌ عَلَیهِمْ وَ لا هُمْ یحْزَنُون - بقره ۲۷۴

Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi - 274)

Əziz möminlər, dəyərli bacılar və hörmətli qardaşlar, salam.
Mübarək Ramazan ayında qıldığınız bütün namazları, tutduğunuz bütün oruclar və etdiyiniz bütün zikrləri uca Rəbbimiz qəbul eləsin! Lütfən xadimlərinizi və öz mərkəzinizi dualarda unutmayın. Hacətimiz var, dualarınızı əsirgəməyin.


Bildiyiniz kimi «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi insanlar arasında Qurani Kərim və Əhli-Beyt (ə) təlimlərinin təbliği, tədrisi, tərcümə və izahı məqsədilə təsis edilib. Mərkəzin heç bir rəsmi və qeyri rəsmi quruma bağlılığı yoxdur. Müstəqil elmi-mədəni müəssisə olaraq könüllülük prinsipi və möminlərin dəstəyi ilə 2014-cü ildən əziz xalqımıza, din və elmsevərlərə xidmət etməkdədir.

2017 və 2018-ci illərdə mərkəzin durumunda yaranmış maddi sıxıntıları görən xeyirxah insanlardan bir neçəsi xidmətlərin ləngiməsinə razı olmayaraq Allah rizası üçün din yolunda əl tutmalırını vəd etdilər. İslam Maarif Mərkəzi üçün Müqəddəs Qum şəhərində müqavilə əsasında 2 illik bina icarə edildi. İlkin mərhələdə vədlərə əməl olundu, mərkəzin fəaliyyəti üçün pul ehsan edildi. (Allah bütün ehsan sahiblərindən yüksək dərəcədə qəbul eləsin!) Çox təəssüf olsun ki, dünya üzrə iqtisadiyyatda yaranan problem nəticəsində xeyriyyəçi əzizlərimiz ehsanlarını davam edə bilmədilər. Gözlənilmədən yaranan böhran nəticəsində gözlənilmədən maddi dəstəklərimizi itirdik. Binanın kirayə xərcləri xeyriyyəçilər tərəfindən ödənildiyi üçün - birdən birə ciddi problem yaşamadıq. İşin tam ortasında olduğumuz və geriyə addım ata bilmədiyimiz bir halda (yenə də digər xeyriyyəçilərin tövsiyəsi və vədlərinə əsasən) cari xərclər üçün (təqribən ayda 2000 manat) borc götürüb xidmətimizə davam etdik. Müqavilə bitən kimi binanı təhvil verdik və borcların artmasının qarşısnı aldıq. Borcların qaytarılmasında bizə kömək edəcəklərini söz verən möminlər yaranmış iqtisadi böhran nəticəsində öz əhdlərinə vəfa edə bilmədilər.

Hazırda ümumilikdə 2 ilə yaxın müddətdə toplanmış 20000 dollar borcu qaytarmaq məcburiyyətindəyik. 2 il möhlətimiz olub, ancaq başa düşürük ki, borcu qaytarmağın vaxtıdır və belə davam edə bilməz. Biz kömək edib - əl tutanların hamısından razıyıq, Allah da onlardan razı olsun! Biz, müxtəlif cəhdlər etmişik borcları qaytarmaq və maddi durumumuzu məqbul səviyyəyə gətirmək üçün. Çox təəssüf ki, pandemiya ilə əlaqədar cəhdlərimiz nəticə verməyib. Görünən budur ki, öz gücümüzlə yaxın 2 ildə deyilən məbləğdə borcu qaytarmaq şansımız olmayacaq. Bütün bunları nəzərə alıb mərkəzi tanıyan və fəaliyyəti ilə tanış olan xeyirxah - xeyriyyəçi insanları durumumuzla əlaqədar məlumatlandırırıq. Bəlkə də Allah dininə kömək etmək imkanında və istəyində olan şəxs və ya şəxslər elə bu yazıları oxuyanların arasındadır.

Allah bütün ibadətlərinizi və ehsanlarınızı qəbul etsin. 
Teleqramda əlaqə nömrəmiz: 00989902370737

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri – 15.04.2021


Əlaqədar materiallar:

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri