Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Hikmət sahibi qüdrətli Xaliqin adı ilə.

وَ ما تَکونُ فِی شَأْنٍ وَ ما تَتْلُوا مِنْهُ مِنْ قُرْآنٍ وَ لا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلاَّ کنَّا عَلَیکمْ شُهُوداً - (یونس ۶۱)

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. (Yunis surəsi: 61)

Əziz atalar və sevimli analar, salam. Ramazan gecələriniz mənəviyyatla dolu - günləriniz bərəkətli olsun!
Allaha şükürlər olsun ki, ömrümüzdə bir Ramazanı yaşamaq da nəsibimiz oldu. Arzu edirik mübarək aydan maddi və mənəvi töhfəmizi almaq hər birimizə qismət olsun.

Sözümüz ailə başçıları, övlad tərbiyə edən ata və analaradır. Hamımız çox gözəl bilirik ki, Ramazan ayı Qurani Kərimin baharıdır - İmam Muhəmməd Baqir (ə) belə buyurmuşdur. (əl-Kafi). Bu ayda həm Qurana yaxınlaşmaq imkanları yaranır, həm də Quraniləşmək fürsəti. Əslində möminlərin məqsədi Quranı oxumaqdan, hifz etmək və öyrənməkdən də Quraniləşməkdir.

Quraniləşmək yəni Quran düşüncəsilə varlıqlara nəzər salmaq, Quran ədəbinə yiyələnmək, Quranın fərmanlarını icra etmək və göstərdiyi yolla hərəkət etmək.

Quraniləşmək üçün Quranı tanımaq və Quranla artıq ünsiyyət qurmaq labüddür. Quran, hər birimizin həyatının bəzəyi ola bilər. Kimsə Quranı məclislərdə gözəl səslə təlavət edə bilər, kimsə onu hifz edib beynəlxalq yarışlarda iştirak edə bilər, kimsə onun ayələrini gözəl xəttlə yaza bilər. Amma bunlar Quraniləşmək üçün yetərli deyil. Çünki belə bir hədis də mövcuddur ki, Allah rəsulu Həzrət Muhəmməd Mustafa (s) buyurmuşdur: Nə çox Quran oxuyanlar var ki, Quran onları lənətləyir. (Bihar əl-ənvar: 19/184/92) (رسولُ اللّه ِ صلى الله عليه و آله: رُبَّ تالِ القرآنِ و القرآنُ يَلعَنُهُ)

Quran, həyatın bəzəyi, hobbi və ya peşə yox, həyatın damarında axan qanı olmalıdır. Vücudumuzun hər nöqtəsi Qurani olmalıdır.

Bədənimizin hər hansı yerinə iynə batırdıqda dərhal axan qan kimi, fərdi və ictimai həyatımızın da hər anı və hər yerinə nəzər saldıqda Quran ayələri cilvələnməlidir. Təbii ki, bu hüzurun yüksək dərəcələrindəndir və sadəliklə əldə ediləsi deyil. Əgər biz bunu istəməsək. Əgər biz bu istiqamətdə çalışmasaq.

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzində hər il Ramazan ayında Qurani Kərimlə bağlı dərslər keçirilir. Yaşından, cinsiyyətindən, məzhəb və mövqeyindən asılı olmayaraq hər kəsə internet vasitəsilə Quranı öyrənmək və onunla tanış olmaq şəraiti yaradılır.

Bu Ramazanda digər dərslərlə yanaşı «Quran dili ilə danışaq!» müsabiqə tipli təlim və tərbiyə proqramı da yer almışdır. Siz valideynləri bu layihəyə qoşulmağa dəvət edirik. Hesab edirik övladlarımıza elə kiçik yaşlarında öz fikirlərini ifadə etməkdə Quran kəlmələri, ibarə* və söz birləşmələridən istifadə etməyi öyrətsək uşaqlarımız birbaşa Quran mədəniyyətini qavrayacaqlar. Layihə cərçivəsində müsəlman olaraq ünsiyyətimizi Quranla artır, uşaqlarımızın tərbiyəsilə məşğul oluruq. Eyni zamanda uşaqların gələcəkdə Quran hafizi, Quran qarisi və tərcüməçisi olması üçün münbit şərait yaradırıq.

Evdə 4, 5 … - 9 yaşlı uşağı olan 10 valideyndən dəvət edirik, Quranla mənus olub uşaqlarını sadə tərzdə Quranla tanış etmək istəyirsinizsə bizə yazın, birlikdə Quraniləşək. Ən vacib şərt budur ki, uşaqlar danışa bilsinlər, atanın və ya ananın gün ərzində 20 dəqiqə məşğul olmaq, uşağa öyrətmək istəyi və imkanı olsun.

Mübarək Ramazan ayında start verdiyimiz «Quran dili ilə danışaq» layihəsi çoxşaxəlidir və ilboyu davam edəcəkdir. Gələcəkdə Allahın köməyi və Quranın bərəkətilə layihəmiz genişlənəcək və daha maraqlı olacaqdır.

Qeydiyyat üçün əlaqə nömrəsi: 00989902370737

Qeyd:

  1. Layihənin icraçı rəhbəri İlahiyyatçı-müəllim Şeyx Rəsul Mahmudovdır.
  2. Layihənin icrası və digər xırdalıqlar barədə lazım olan izahı müəllim dərsdə verəcəkdir.
  3. Bu eksperiment layihədir, iştirakçıların köməyi və ciddiyyətilə təkmilləşəcəkdir.
  4. Mübarək Ramazan ayı üçün Qurani Kərimdən 17 ibarə aşağıda təqdim edilir.
  5. Ramazan ayının sonunda 17 ayədən yarış keçiriləcək.

* İbarə: iki və ya bir neçə kəlmədən ibarət tərkib.

Hörmət və ədəblə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri - 29 aprel 2020

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri