Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsi xanım tələbələrə məxsus QADINLARA AİD ŞƏRİ HÖKMLƏR ÜZRƏ Virtual MÜƏLLİM HAZIRLIĞI KURSU keçirməyi planlaşdırır. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlayın: 00 98 990 2370738 (Xanımlar bölməsi)

Hikmət sahibi mehriban Allahın adı ilə.

و هل یسأل الناس أفضل من الحلال و الحرام - (بحارالانوار، ج 1، ص 213، ح 9)

İnsanlar (heç) halal və haramdan da üstün bir şeydən sual edə bilərlərmi? (Bihar əl-Ənvar, c.: 1, səh.: 213)

Hörmətli xanımlar və İslam elmləri tələbələri salam.
Aləmlərə rəhmət, bəşəriyyətin izzət və şərəfi Həzrət Muhəmməd Mustafanın (s) qarşıdan gələn mövludu (3 noyabr 2020) və Vəhdət həftəsi (29 oktyabr - 3 noyabr 2020) münasibətilə bütün müsəlmanları təbrik edirik. Dəyərli xalqımızı isə eyni zamanda cəbhədəki nailiyyətlər və qürurverici qələbələr - CƏBRAYIL, FÜZULİ, ZƏNGİLAN azadlığı - münasibətilə bir daha təbrik edirik. Uğurların və qələbələrin bol osun - ƏZİZ VƏTƏN!

Allaha şükürlər olsun ki, müstəqillikdən sonra mömin kişilərlə yanaşı möminə xanımlar da İslam elmlərinə böyük həvəs göstərməyə başladılar. Onlarla xanım, elm ardınca Müqəddəs elm ocaqlarına üz tutub maariflənmək arzusu ilə hicrət həyatını qəbul etdilər. Oxudular, öyrəndilər və bütün fürsətlərdə öyrətməyə çalışdılar. Alimə bacılarımızla fəxr edir və hər birinə Əhli - Beyt (ə) və Vilayət yolunda uğurlar diləyirik. Lakin son illər ölkəmizdə nəsil və dinə meyilliliyin artımını nəzərə alanda bir çox elmi-dini sahələrdə müşahidə etdiyimiz boşluqları xanımlarla əlaqədar da görürük. «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsi olaraq öz növbəmizdə qadınlara məxsus fiqh təlimi sahəsində kadr çatışmamazlığını qismən aradan qaldırmaq məqsədilə 2 ay müddətinə 15 xanım tələbədən ibarət QADINLARA AİD ŞƏRİ MƏSƏLƏLƏR ÜZRƏ (VİRTUAL) MÜƏLLİM HAZIRLIĞI KURSU keçirilməsini planlaşdırırıq.

Qeydiyyat üçün əlaqə nömrəsi: 00989902370738

Qeyd:

  1. Layihənin icraçı rəhbəri Aygün xanım Ağayeva və müəllimlər Şəfəq xanım Əhmədova, Kəhnaz xanım Mahmudova və Dr. Vaqif Quliyevdir.
  2. Layihənin rəhbəri şagirdlərin qəbulu - dərsdə iştirakı, dərsliklərin və dərs cədvəlinin hazırlanması, imtahanların keçirilməsini təşkil etməli və layihənin həftəlik gedişatı - tələbələrin elmi inkişafı haqda müdiriyyətə məruzə etməlidir.
  3. Müəllim hazırlığı kursu ümumi və ibtidai səviyyədə deyil. Kursda yalnız dini-elmi müəssisə və ya mərkəzlərdə təhsil almış xanım tələbələr iştirak edə bilərlər. Hər bir iştirakçı tələbə gün ərzində 3-4 saat verilən dərslər və tapşırıqlara vaxt ayırmalıdır. Vaxt məhdudiyyətli xanımlar lütfən ad yazdırmasınlar.
  4. Kursda iştirak etmək istəyənlərin giriş imtahanında iştirakları labüddür və hər kəs bilməidir ki, müəllimliklə İslam maarifini elmi-mədəni səviyyədə övladlarımıza çatdırmaq arzusunda olanlar bu kursa yazılmalıdırlar. Bu kursda fiqh dərsi deyilməyəcək. Kifayət qədər fiqhi bilən - şəri məsələlərdən məlumatlı şəxslərə tədris üçün müəyyən lazımlı fiqhi - metodoloji incəliklər bəyan ediləcək.
  5. Kurs, giriş imtahanında 15 nəfər qəbul olarsa keçiriləcək.
  6. Dərslərdə intizamı riayət etməyən və tapşırıqları yerinə yetirməyən şagirdlər, kursdan kənarlaşdırılacaqlar.
  7. Son imtahandan qəbul olmuş tələbələrə təqdim olunan şəhadətnamə əsasında (elmi nöqteyi-nəzərdən) tədris hüququ veriləcəkdir.
  8. Kursu müvəffəqiyyətlə bitirmiş tələbələr digər ixtisaslaşdırılmış kurslar üçün imtiyaz qazanacaqlar.

İmtahan haqda:

1. Kursda iştirak etmək istəyən tələbələr aşağıdakı mövzularda verilən imtahan suallarını düzgün cavablandırmalı ən azı 100-dən 75 bal toplamalıdırlar. Nəzərə alsaq ki, kurs iştirakçıları gələcəkdə məscidlərdə, mədrəsələrdə və digər elm mərkəzlərində tədris etmək üçün elmi cəhətdən ixtisaslaşdırılmış sahədə müəllimlik hüququ qazanacaqlar, müdiriyyət giriş və son imtahanlarda güzəştə getməyəcək. Ona görə sona qədər tam ciddiyyətlə dərslərdə iştirak edə biləcək elmsevərlər kursa yazılsınlar.

2.Giriş imtahanının mövzu və mənbələri:

a) Təqlid (Müqəllid, müctəhid, udula aid hökmlər - Ayətullah Sistaninin risaləsinin əsasında)

b) Təharət (Dəstəmaz, qüsl və təyəmmümə aid hökmlər - Ayətullah Sistaninin risaləsinin əsasında)

3. Son imtahanın növü və forması:

a) Son imtahan həm yazılı - həm də şifahi olacaqdır.

b) Son imtahanın yazılı hissəsində 2 ay müddətində keçirilən dərslərdən 100 ballıq suallar veriləcək.

c) Son imtahannın şifahi hissəsində kursda iştirak edən tələbə:

1- Qısa və rəvan bəyanla üsuliddini izah etməlidir, (5 dəqiqə)
2- Quran təlavət etməlidir, (30-cu cüzdən - 5 dəqiqə)
3- Şam namazı qılmalıdır, (5 dəqiqə)
4- Hicabın vacibliyini sübut etməyə çalışmalıdır, (5 dəqiqə)
5- İslam əxlaqı barədə 5 mötəbər hədis danışmalıdır. (5 dəqiqə)

Əziz Azərbaycan xalqına apardığı haqq savaşda SON QƏLƏBƏ arzulayırıq. Allahdan şəhidlərə rəhmət, yaralılara şəfa, millətə səbir və VƏTƏNİMİZƏ İŞIQLI SABAHLAR diləyirik! Qoy qələbə sevinci tezliklə hamımıza nəsib olsun! Yaşasın Vətən, yaşasın Azərbaycan - Qarabağ AZƏRBAYCANDIR!


Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri - 22 oktyabr 2020

ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri